Məktəblilərin yaz tətili başladı

Məktəblilərin yaz tətili başladı
10:27 17 Mart 2015
48 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gündən Azərbaycanda məktəblilərin yaz tətili başlayıb
APA-nın xəbərinə görə, bu il məktəblilərin yaz tətili günlərində müəyyən dəyişiklik edilib.

Belə ki, Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna­məsi”ndə məktəblilərin yaz tətili günləri 17-24 mart tarixlərində təsbit olunub.

Bununla belə, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, 21-22 mart tarixlərinin istirahət günlərinə düşməsi ilə əlaqədar, bu il 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində dərslər martın 29-da başlayacaq.

6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində isə dərslərə martın 26-da start veriləcək. Bununla yanaşı, Nazirlər Kabinetinin müvafiq qərarı ilə mart ayının 27-si və 29-nun yeri dəyişdirildiyinə görə, həmin məktəblərdə martın 27-si qeyri-iş, 28 və 29-u isə iş günü hesab olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/330044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR