Azərbaycan investisiya forumu öz işinə başlayıb

10:38 17 Mart 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 17 mart, AZƏRTAC 
Bakıda Azərbaycan investisiya forumu öz işinə başlayıb. Britaniyanın “The Economist Events” jurnalı tərəfindən təşkil olunan forumda Azərbaycan və qlobal iqtisadiyyatın əsas sektorlarını təmsil edən yüksək vəzifəli şəxslər, iqtisadçılar, tənzimləyicilər və dövlət qulluqçuları iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, forum “The Economist” jurnalının redaktoru Con Endryusun moderatorluğu ilə keçir.
Forumda “Enerji sektoru – növbəti fəsil: Azərbaycanın iqtisadi qüdrətinin əsasının inkişafı”, “Neft iqtisadiyyatı çərçivəsindən kənar: rəqabətqabiliyyətli mikroəsasın yaradılması”, “İnnovasiyalar, sahibkarlıq və diversifikasiya: maneələrin aradan qaldırılması”, “Rəqəmsal əsr: yeni iqtisadiyyat şəraitində texnologiya və telekommunikasiyaların rolu”, “Milli artımı təmin etmək üçün təhsil və tədris”, “İdman tədbirləri: Azərbaycanın dünya arenasında mövqeyi” və “Diversifikasiya: qeyri-neft sektorunun payının artırılması” mövzuları ətrafında müzakirələr aparılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_investisiya_forumu_oz_isine_baslayib-839848

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR