x
Loading...
.

Qələbənin 70 illiyi ilə əlaqədar Moskvada keçiriləcək tədbirlərdə 30-dan ölkənin rəhbərləri iştirak edəcək

10:47 17 Mart 2015
91 Dünya
Ölkə mətbuatı
A- A+
.

[ 17 Mart 2015 10:42 ]


Bakı. Məlahət Nəcəfova - APA. Böyük Vətən müharibəsində qələbənin 70 illiyi ilə əlaqədar Rusiya paytaxtında keçiriləcək tədbirlərdə dünyanın 30-dan çox ölkəsi öz iştirakını təsdiqləyib. APA-nın məlumatına görə, bu barədə “İzvestiya” qəzeti yazıb.

 

Ali qonaqlar barədə informasiya apreldə açıqlanacaq, lakin bir sıra Asiya, Yaxın Şərq və MDB ölkələrinin, o cümlədən Tacikistan, Belarus, Qazaxıstan, Azərbaycan, Ermənistan, Qırğızıstan, Çin, Vyetnam, KXDR, Niderland, Almaniya, Misir, İsrail liderlərinin mərasimdə iştirakı gözlənilir.

 

Xatırladaq ki, Almaniya, Fransa və Britaniya da daxil olmaqla, bir sıra Avropa İttifaqı ölkələrinin rəhbərləri mayın 9-da Moskvada keçiriləcək qələbə paradına qatılmayacaqlarını bildiriblər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/376434

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR