Bu şəkil niyə 5 milyon dollara satılır? - FOTOLAR

Bu şəkil niyə 5 milyon dollara satılır? - FOTOLAR
16:53 18 Fevral 2017
339 Digər
Ölkə mətbuatı
A- A+

İnsanlar müxtəlif auksionlarda iştirak edərək hər hansı bir əşyanı alıb-satır və bəzən bundan yüksək məbləğdə gəlir də əldə edirlər. Məsələn, indi aldığınız ucuz bir çanta illər sonra dəyərli bir əşyaya çevrilə bilir.

Publika.az bu üsulla öz gəlirini 2.5 milyon dəfə artıran adamın hekayəsini təqdim edir.

Kolleksiyaçı Rendi Qixarron Kaliforniyada adi bazardan XIX əsrə aid olan bir neçə qədim şəkil alır. Hətta üzərində çox pulu olmadığından cəmi 2 dollar verməklə o, köhnə şəkilləri ala bilir. Daha sonra evində aldığı şəkillərə baxarkən maraqlı bir nüans diqqətini çəkir. Şəkildə bir qrup insan kroket oynamağa hazırlaşır. Onun diqqətini çəkən isə bir vaxtlar vəhşi qərbin ən məşhur cinayətkarlarından Billi Kid adı ilə tanınan Henri Makkarti olur. İndiyə qədər onun haqqında yalnız bir şəkil tapılıb. 2011-ci ildə 2.3 milyon dollara satılıb. O anlayır ki, bu vaxta qədər heç kim bu şəklə bu qədər diqqətlə baxmayıb.

Amma Rendi həmin şəkildəki adamın Billi Kid olduğunu sübut etməli idi. Bunun üçün də ekspertlərə müraciət edir. Bu araşdırma 4 il davam edir. Sonda şəklin 1878-ci ildə toy zamanı çəkildiyi müəyyən edilir. Maraqlıdır ki, şəkildə Billə birlikdə kroket oynayanlardan biri də şerif Perr Qaret idi. Versiyalara görə, 1881-ci ildə o, Billi öldürüb.

Gülxar





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR