Sarkisyan Moskvanı yola verdi

Sarkisyan Moskvanı yola verdi
07:56 7 Yanvar 2015
175 Dünya
Ölkə mətbuatı
A- A+

Avrasiya iqtisadi komissiyasında Ermənistanı təmsil edəcək kollegiya üzvləri təyin olunub.

ANS PRESS-in məlumatına görə, kollegiyanın üzvləri eks deputat Ara Nranyan, prezidentin eks məsləhətçisi Karine Minosyan və erməni inkişaf agentliyinin eks rəhbəri Robert Arutunyan seçilib.

Hər şey normal görünsə də Serj Sarkisyanın “eks”ləri bir araya gətirib ölkədən çıxarması nəzərə çarpır. Bu siyasətçilər iqtidaryönlü olsalar da “eks” olmaları onların ya hazırki hakimiyyətdən küskünlüyünə və ya lazımsızlığına dəlalət edir.

Eləcə də Ermənistan Rusiyanın üzünə gülsə də əlində olan hər bir imkanla sanki bu birliyə qoşulmaq istəmədiyini bildirməyə və əsasən də baş verənlərə Avropanın nəzər yetirməsinə çalışır.

Qeyd edək ki, Rusiya bütün regional layihələrdən təcrid olunmuş Ermənistan iqtisadiyyatının şah damarıdır. Ölkənin bütün əsas sektorları eləcə də Bank sektoru Rusiya şirkətlərinə məxsusdur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=318124

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR