Devid Bekhemin gəlirləri sürətlə artır - FOTO

Devid Bekhemin gəlirləri sürətlə artır - FOTO
10:57 17 Mart 2015
120 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur futbolçularından biri, İngiltərə yığmasının sabiq kapitanı Devid Bekhem böyük futboldan kənarlaşsa da, gəlirlərini artırır.
Onun imzalamağa hazırlaşdığı iki reklam müqaviləsi isə Devid Bekhemi dünyada karyerasını başa vurmuş idmançılar arasında gəlirlərə görə ikinci insana çevirə bilər.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, futbolçu karyerasına 2013-cü ildə son qoymuş 39 yaşlı Devid Bekhemin gəlirləri ötən il 67 milyon dollar təşkil etmişdi.
 
Gəlirlərin total əksəriyyəti reklam anlaşmaları ilə bağlıdır. Bekhemin "Diageo", "Adidas", "Sky Sports" və "Samsung"la reklam müqavilələri var.
Karyerası ilə vidalaşmış idmançılar arasında gəlirlərin həcmi baxımından dünya lideri amerikalı basketbolçu Maykl Cordandır. 52 yaşlı Cordanın gəlirləri ötən il 78,4 milyon dollar olub.
 
Bu il Devid Bekhemin gəlirləri daha da artacaq. Belə ki, o, "Haig Club" viskisi, H&M alt paltarları, "Coty" parfümeriya brendi ilə müqavilələr imzalayıb.
"Coty" ilə anlaşma "David Beckham" odekolonunun istehsalını nəzərdə tutur.
 
Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/330034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR