Telefon oğrusu tutuldu

Telefon oğrusu tutuldu
11:04 17 Mart 2015
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən il noyabrın 24-də D.Əliyeva küçəsində Azər Əzizovun evindən, açıq qapıdan keçməklə 3 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.  Bakı Şəhər Baş Polis İdarəsoinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu etmiş Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Ziya Hüseyn oğlu Məmmədov müəyyən olunaraq tutulub. Şübhəli şəxsin üzərindən 0,246 qram heroin aşkar olunaraq götürülüb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/196572

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR