Bakı sakinlərindən narkotik vasitə götürüldü

Bakı sakinlərindən narkotik vasitə götürüldü
11:24 17 Mart 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Zirə qəsəbəsi Babayev küçəsində yaşayan 1986-cı il təvəllüdlü İntiqam Adil oğlu Əliyevin həyətyanı sahəsində yerləşən istixanadan çəkisi 5,26 qram olan marixuana kolu və evin zirzəmisindən 450 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Bakı Şəhər Baş Polis İdarəsoinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xəzər RPİ 1-ci PB və 2-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində,  faktla bağlı araşdırmalar aparılır.

 

Bundan əlavə Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Samir Rafiq oğlu Tahirzadədən 455 qram həşiş qətranı və 501,770 qram heroin aşkar olunaraq götürülüb. Bakı Şəhər Baş Polis İdarəsoinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nizami RPİ Narkotiklə Mübarizə Bölməsi və 23-cü PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, müəyyən edilən hadisə ilə bağlı araşdırmalar aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/196578

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR