Bakı sakinlərindən narkotik götürülüb

11:27 17 Mart 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

[ 17 Mart 2015 11:24 ]


Bakı. Fuad Cəfərov – APA. Bakıda üç nəfərdə xeyli miqdarda narkotik aşkar edilib.

 

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 1-ci və 2-ci Polis Bölmələrinin  əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, müvafiq olaraq ayrı-ayrılıqda Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1964-cü il təvəllüdlü Elman Mikayıl oğlu Mirzəyevdə 485 qram, Zirə qəsəbəsi Babayev küçəsində yaşayan 1986-cı il təvəllüdlü İntiqam Adil oğlu Əliyevin həyətyanı sahəsində yerləşən istixanadan çəkisi 5,26 qram olan marixuana kolu və evin zirzəmisindən 450 qram qurudulmuş marixuana aşkarlanıb. 

 

Digər birgə əməliyyatı Nizami Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və 23-cü Polis Bölməsinin əməkdaşları keçirib. Əməliyyat tədbirləri nəticəsində  Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Samir Rafiq oğlu Tahirzadədən 455 qram həşiş qətranı və 501,770 qram heroin aşkar olunaraq götürülüb.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/376445

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR