Ögey oğul ailəsinin 3 üzvünü öldürdü

Ögey oğul ailəsinin 3 üzvünü öldürdü
08:36 7 Yanvar 2015
189 Sosial
Ölkə mətbuatı
A- A+

Amerikanın Corciya ştatında cavan oğlan ailəsinin 3 üzvünü qətlə yetirib.

ANS PRESS-in məlumatına görə, 12 yaşlı bacısına belə qıyan oğlan sonda özünü güllələyib.

İnsident Poldinq ətrafında yaşayış evində baş verib. Atlanta Journal-Constitution yerli qəzetinin xəbərdə bildirilir ki. 21 yaşlı Feliks Almonte (Felix Almonte) polisdə işləyən kiçik çavuş Sem Driskelin (Sam Driskell) ögey oğlu olub.

Feliks kiçik çavuşa aid olan tapançanı götürərək birinci atasını, anasını və eləcə də 12 yaşlı bacısını güllələyir. Hökümət qüvvələrinin fikrincə bundan sonra o özünü öldürüb.

Kiçik çavuş Driskelin həmkarlarının bildirdiyinə görə çərşənbə axşamı o işə gəlməmişdi. Bundan sonra onlar həmkarlarının evinə gedərək nə baş verdiyini bilmək istəyiblər. Driskelin yaşadığı evə gəldikdə isə polislər 4 cəsədi aşkar ediblər.

Ögey oğulun hadisəni törətmə səbəbi bilinmir. Araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=318128

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR