Rəmiş: "Meymunlarım bazarda pulqabı oğurlayırdılar"

Rəmiş: "Meymunlarım bazarda pulqabı oğurlayırdılar"
11:37 17 Mart 2015
72 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Rəmiş “Salam, Azərbaycan” verilişinin qonağı olub.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, gitara ifaçısı saçını rəngləyən kişi müğənnilərə irad bildirib:
 
“Bu yaşımda başıma qırmızı rəng qoyum? Camaat mənə nə deyər? Bu cür işlər düz deyil. Bizimkilər Almaniyaya, Hollandiyaya gedib-gəlirlər, özlərini onlara oxşadırlar. Axı bu Azərbaycana uyğun deyil. Ay dostlarım, qoyun saçınız olduğu kimi qalsın. Saç rəngləməklə məşhurlaşmaq olmur. Millətin gözü güzgüdür. Xalq görür kim yaxşı ifaçıdır, yaraşıqlıdır. Hələ indi cırıq şalvar geyinirlər. Özü də deyirlər ki, qiyməti 250 manatdır. Ayıbdır axı. Bəziləri də var ki, makiyaj etməsələr, insan sifəti almırlar, meymuna oxşayırlar".

Rəmiş xeyriyyə işləri ilə məşğul olduğunu da deyib:

"İki meymunum var idi: insan kimi dil bilir, bazarda pulqabı oğurlayırdılar. Onları hamama aparır, çimizdirirdim. Hamamın qiyməti 1 manat idi, mən orada işləyən yaşlı xanımlara 200 manat verirdim. Gedib deyirdilər ki, bu necə insandır, meymununu çimizdirir, 200 manat verir. Amma mən o pulu yaşlı qadını sevindirmək üçün verirdim, dəli deyildim ki... Kimsəsizə əl tutmağı xoşlayıram. İmkanı olmayanın toyunda təmənnasız oxuyuram".

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/330052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR