x
Loading...
.

"Neftçi"nin futbolçusuna oynamaq qadağan edildi

"Neftçi"nin futbolçusuna oynamaq qadağan edildi
11:47 17 Mart 2015
35 İdman
Ölkə mətbuatı
A- A+
.

“Neftçi” bu mövsüm hücumçusu Ernest Nforun xidmətindən məhrum qalacaq. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna səbəb təcrübəli futbolçunun zədəsinin ciddi olmasıdır.
  
2015-ci ildə cəmi 1 oyunda iştirak edən kamerunlu forvard yenidən onurğasında ağrılar hiss edib. 29 yaşlı oyunçu Belçikada şəxsi həkimi tərəfindən müayinə olunacaq. Nforun zədəsi çox ciddi olduğundan, həkimlər ona futbol oynamağı qadağan ediblər. Bu zədənin sağalma müddəti ən azı ay yarım, 2 ay çəkir. Bu isə o deməkdir ki, Ernest Nfor üçün 2014/15 mövsümü artıq başa çatıb.
  
Qeyd edək ki, Nfor sonuncu dəfə yanvarın 31-də XIX tur çərçivəsində AZAL-la qarşılaşmada meydançaya çıxıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/330051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR