Qalmaqal: məşhur müğənni soyundu, "Ölkəyə nifrət edirəm" dedi - FOTO

Qalmaqal: məşhur müğənni soyundu, "Ölkəyə nifrət edirəm" dedi - FOTO
11:52 17 Mart 2015
137 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Bu ölkədə hər şeyə nifrət edirəm. Bu ölkəyə nifrət edirəm. Ağdərili amerikanlar özlərini hər şeyin və hər kəsin sahibi sayır, təşəxxüs və təkəbbürlə davranırlar. Çox iyrəncdirlər".
 
Məşhur amerikalı müğənni, qaradərili reper Azaliya Benkslə bağlı böyük qalmaqal qopub.
Milli.Az bildirir ki, Nyu-Yorkda yaşayan reper Playboy jurnalı üçün yarıçılpaq fotosessiyaya çəkilib, müsahibə verib.
Onun müsahibəsini media təhqiramiz və irqçi sayıb.
 
"Amerikada orta sinif sayılan ağdərililər əslində ət və piy daşıyıcıları, irqçi və mühafizəkar insanlardır. Öz fermalarında yaşayan bu adamlar qaradərililərə nifrət edirlər. "Kmart"da işləyən o balacaboy qızlara baxın. O ağdərili qızlar bizi bəyənmirlər, çünki irqçi nənələrinin nəvələridir. Mənim adaşım olan avstraliyalı reper İqqi Azaliyaya üz tuturam: sakitləş və mənə sataşma. İqqi, sən homoseksuallar və ağdərili quldarların nəvəsisənsə, bu məqam sənin yaxşı insan olmağın anlamına gəlmir", - Azaliya Benks söyləyib.
 
Azaliya Benks daha sonra bildirib ki, ABŞ-ın tarixinin rəsmi versiyası sanki ağdərili insanların "Tanrının yolladığı xilaskarlar" kimi təqdim olunmasına yönəlib.
 
"Artıq yetkin insanam və mənə deyilən yalanlara inanmıram. Tarix dərsliklərinə baxın. "Ağdərili insan sizə yaşamaq imkanları yaratdı, xristianlığı gətirdi, sizə ingilis dilində danışmağı öyrətdi. Ağdərililər olmasaydı, qaradərililər hələ də yastı-yapalaq daxmalarda yaşayardılar. Halbuki mən real tarixin tədrisini istəyirəm. Amerikalı qaradərililər üçün tarix Afrikadan əcdadlarımızın gəmilərlə gətirilməsi ilə başlanmamalıdır. Afrikada nələr baş verir, niyə biz amerikalı qaradərililərin tarixi əcdadlarımızın mədəniyyət və tarixindən ayrılıb - gənc qaradərili ruhun yaşaması üçün bu bilgilər çox vacibdir", - A.Benks deyib.
 
Onun sözlərinə görə, amerikalı qaradərililər xristian olmamalıdırlar.
Azaliya Benks daha sonra bildirib ki, qaradərili reperlər arasında bəyəndiyi yeganə sənətçi Cey Zidir: "Bu insan kimsəyə itaət etmədi, kimsənin qarşısında əyilmədi və olduğu kimi qaldı".
 
Azaliya Benks onu da bildirib ki, biseksualdır və cinsi əlaqəni çox sevir.
 
Milli.Az
 











Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/330028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR