x
Loading...

Mer iclasa gecikdi, dava düşdü

Mer iclasa gecikdi, dava düşdü
11:56 17 Mart 2015
40 Dünya
Ölkə mətbuatı
A- A+
.

Türkiyənin Manisa vilayətində bələdiyyə iclası zamanı hazırkı iqtidar Ədalət və İnkişaf Partiyasının (AKP) tərəfdarları ilə Milliyyətçi Xalq Partiyasının (MHP) tərəfdarları arasında dava-dalaş düşüb.

Gərginliyə səbəb Manisa meri Çingiz Ərgünün iclasa gecikməsi olub. Ədalət və İnkişaf partiyasının nümayəndəsi Zülfiqar Gürcan merin əvəzinə iclası açıq elan etmək üçün tribunaya yaxınlaşıb. Bu zaman, Millətçi Xalq Partiyasının tərəfdarları onun çıxışına əngəl olublar.

Tərəflər arasında mübahisə bir qədər sonra yumruq davasına çevrilib. İclasa qatılan fəallar və cangüdənlər gərginliyi çətinliklə yatıra biliblər.

Hər iki dövlət rəsmisi tərəfdarlarını iclası tərk etməyə çağırıb. Zülfiqar Gürcan sözünün kəsilməsini təxribat kimi dəyərləndirib.
Mənbə
IHA



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=332302

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR