İran–ABŞ danışıqlarında bir sıra məsələlərlə bağlı qarşılıqlı razılıq əldə edilib

İran–ABŞ danışıqlarında bir sıra məsələlərlə bağlı qarşılıqlı razılıq əldə edilib
11:58 17 Mart 2015
27 Dünya
Ölkə mətbuatı
A- A+


Tehran, 17 mart, AZƏRTAC 
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə ABŞ-ın dövlət katibi Con Kerri arasında Lozannada keçirilən görüş 5 saat davam edib.
Tərəflər arasında İranın nüvə proqramı ilə bağlı aparılan müzakirələrdən sonra mətbuata məlumat verən M.C.Zərif deyib ki, danışıqlarda bir sıra məsələlər barədə qarşılıqlı razılıq əldə edilsə də, ziddiyyətli məqamlar da var. Odur ki, danışıqların növbəti mərhələsində ziddiyyətli məqamlar ətrafında fikir mübadiləsi aparılacaq.
İranın xarici işlər naziri və ABŞ dövlət katibi danışıqların müsbət nəticələnəcəyinə inandıqlarını bildiriblər.
Xatırladaq ki, rəsmi Tehran Vaşinqtonla danışıqların iyun ayınadək davam etdirilməsi barədə razılığa gəlib. Tərəflər iyun ayında yekun razılıq əldə edib müqavilə imzalamalıdırlar.
Danışıqlar prosesində Tehranın istəyi ondan ibarətdir ki, İrana qarşı tətbiq edilən iqtisadi sanksiya tamamilə aradan qaldırılsın. Vaşinqton isə İrandan nüvə proqramını həyata keçirməkdən imtina etməsini istəyir. İran reallaşdırdığı nüvə proqramının sülh xarakter daşıdığını bəyan edir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iran_ABS_danisiqlarinda_bir_sira_meselelerle_bagli_qarsiliqli_raziliq_elde_edilib-839865

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR