İstanbulda terror aktı törədənin kimliyi məlum olub

İstanbulda terror aktı törədənin kimliyi məlum olub
09:05 7 Yanvar 2015
185 Dünya
Ölkə mətbuatı
A- A+

Terror aktını həyata keçirən qadının Kocaeli Universitetinin tələbəsi Elif Sultan Kalsın olduğu öyrənilib.

Trend Ozgurkocaeli saytına istinadan məlumat verir ki, Kocaeli Universiteti beynəlxalq əlaqələr şöbəsinin tələbəsi olan Kalsının əslən tuncelili olduğu və Kocaelidə yaşadığı müəyyənləşdirilib.

Elif Sultan Kalsının adı 2012-ci ildə Hüquq-mühafizə Baş İdarəsinin açıqladığı 9 nəfərlik canlı bomba siyahısında yer alıb.

Bu siyahının açıqlanmasının ardından mətbuat açıqlaması edən Kalsın canlı bomba olduğunu təkzib etmişdi.

Həmin o qadın bu gün həyata keçirdiyi canlı bomba aktında bir polisin şəhid olmasına, bir polisin isə yaralanmasına səbəb olub.

Xatırladaq ki, dünən məlum olub ki, İstanbulun Turizm Polis Şöbəsində qadın terrorçu-intiharçı özünü partladıb.

Hadisə nəticəsində qadın ölüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR