Neftin qiyməti tarixi minimumları yeniləməkdə davam edir

Neftin qiyməti tarixi minimumları yeniləməkdə davam edir
09:12 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 09:08 ]

Brent markalı neftin qiyməti 50 dollara enib

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Dünya bazarlarında neftin kəskin ucuzlaşması davam edir.

 

APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Texas nefti (WTI) neftinin qiyməti sonuncu hərraclarda (Bakı vaxtı ilə saat 08:45 üçün olan məlumata görə) 1 barelə görə 47,92 dollar təşkil edib.

 

London birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 50,90 dollara enib.

 

Beləliklə, “qara qızıl”ın qiyməti artıq üçüncü gündür ki, 2009-cu ilin mayında qeydə alınan tarixi minimumu yeniləməkdədir.

 

Bundan başqa, Texas neftinin qiyməti sonuncu dəfə 2008-ci ildə müşahidə olunan qlobal maliyyə böhranı zamanı bu səviyyədə olub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368218

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR