Faxralıda məktəb yandı

Faxralıda məktəb yandı
09:16 7 Yanvar 2015
194 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy rayonunda istifadə olunmayan məktəb binalarından birində yanğın meydana gəlib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Goranboy rayonu, Faxralı kəndində Təhsil Nazirliyinə məxsus hal-hazırda fəaliyyət göstərməyən, sökülməkdə olan umumi sahəsi 1100 kv.m olan birmərtəbəli orta məktəb binasının dəhlizinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Yanğından məktəbin qalan hissəsi mühafizə olunub.

Gecə saatlarında baş verən yanğın 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR