x
Loading...

Bu il Beyləqan və İmişlidə 100 hektar sahədə yeni meşəlik salınacaq

Bu il Beyləqan və İmişlidə 100 hektar sahədə yeni meşəlik salınacaq
12:28 17 Mart 2015
52 Ölkə
Ölkə mətbuatı
A- A+
.


Beyləqan, 17 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Yaz mövsümünün gəlişi ilə əlaqədar olaraq, Beyləqan və İmişli rayonları ərazisində meşə əkini işlərinə başlanılıb.
Beyləqan rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşəbəyisi Qismət Abbasov AZƏRTAC-a bildirib ki, 2015-ci ildə Beyləqan və İmişli rayonlarının dövlət meşə fonduna aid ərazilərdə 100 hektar, o cümlədən yaz mövsümündə 31 hektar sahədə yeni meşəliklərin salınması nəzərdə tutulub. Artıq 29 hektarda göyrüş, tut və qarağac növlərindən ibarət yeni meşələr salınıb, mövcud meşələrdə bərpa işləri aparılıb. Kökləndirmək üçün 0,5 hektar sahədə 25 min ədəd qələm basdırılıb, 0,5 hektarda (20 min ədəd) sərv, tut və şam ağaclarından ibarət böyütmə sahəsi yaradılıb, 2 hektar sahədə tinglik səpilib. Hazırda yaz meşəsalma işləri davam etdirilir.
Payız mövsümündə daha 69 hektarda yeni meşəlik salınacaq.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_il_Beyleqan_ve_Imislide_100_hektar_sahede_yeni_meselik_salinacaq-839885

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR