Artur Rasizadə Milli Məclisdə hesabat verir

Artur Rasizadə Milli Məclisdə hesabat verir
12:29 17 Mart 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Hesabat Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqındadır

 

 

Milli Məclisin növbəti plenar iclası başlayıb.

 

APA-nın məlumatına görə, iclası açıq elan edən spiker Oqtay Əsədov deputatları və bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

 

Sonra gündəlik təsdiq olunub. İclasın gündəliyindəki əsas məsələ Azərbaycan Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatıdır.

 

O. Əsədov hesabat barədə ümumi məlumat verərək bildirib ki, ötən il ölkə inkişafı yüksək templə davam edib, makro və mikro iqtisadi sabitlik qorunub saxlanıb, 2,8 faiz ümumi iqtisadi artım qeydə alınıb.

 

Daha sonra baş nazir Artur Rasızadə hökumətin hesabatını təqdim etməyə başlayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/196588

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR