Nəhəng dovşanlar Bakıda (FOTO)

Nəhəng dovşanlar Bakıda (FOTO)
12:36 17 Mart 2015
200 Şou
Ölkə mətbuatı
A- A+

Nəhəng dovşanlar Bakıda. ANS PRESS-in məlumatına görə, Heydər Əliyev Mərkəzində Avropanın məşhur “Cracking Art Group” əsərlərinin təqdimatı olacaq. “Pop-art” janrındakı nəhəng incəsənət əsərləri martın 18-dən Heydər Əliyev Mərkəzinin parkında nümayiş etdiriləcək.

Qeyd edək ki, 1993-cü ildə Avropanın 6 rəssamı- italiyalı Renzo Nukara (Renzo Nucara), Marko Veronez (Marco Veronese), Kikko (Kicco), fransalı Aleks Anci (Alex Angi), belçikalı Karlo Rizzetti (Carlo Rizzetti), Vilyam Svitlav (William Sweetlove) bir araya gələrək “Cracking Art Group”u yaradıb. Bu hərəkat bütün səylərini müasir incəsənət haqda təsəvvürlərin dəyişməsinə, sənətdə sosial və ekoloji istiqamətlərdə innovativ metodlar tətbiq etməklə yenilik yaratmağa yönəldib.

Rəssamlar təkrar emal edilmiş və asan utilizasiya olunan sintetik materiallardan istifadə etməklə hazırlanan nəhəng, parlaq rəngli heyvanlar ilə ictimaiyyətin nəzərini ətraf mühitin problemlərinə yönəldir. “Cracking art” əsərləri bir tərəfdən diqqəti ekoloji məsələlərə çəkir, digər tərəfdən isə yeni texnologiyaların tətbiqini nümayiş etdirir.













Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=332363

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR