"Qarabağ"ın futbolçusu Ermənistanda!

"Qarabağ"ın futbolçusu Ermənistanda!
12:37 17 Mart 2015
63 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ”ın futbolçusu Ansi Aqolli üzvü olduğu Albaniya millisi ilə birgə İrəvana gedəcək.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Aqollinin komandası Ermənistan millisi ilə qarşılaşacaq. Matç martın 29-da, “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində keçiriləcək.
 
Qeyd edək ki, Albaniya millisi ilə Ermənistan “Avro-2016”nın I qrupunda yer alıb.
Hərəyə üç oyun keçirən Albaniya və Ermənistan qrupda müvafiq olaraq üçüncü və beşinci yeri tutur.
 
Əlavə edək ki, “Qarabağ”da əsas heyətin futbolçusu olan Ansi Aqolli Albaniya millisində də daim ilk onbirlikdə yer alır. Onun milli komandası ilə Ermənistana martın 27-si və ya 28-i gedəcəyi gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/330076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR