Ağsuda qeyri-adi festival keçirilir

Ağsuda qeyri-adi festival keçirilir
12:42 17 Mart 2015
Ölkə mətbuatı
A- A+

Ağsu rayonunun Gəgəli kəndində “I Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı” təşkil edilib. Milli.Az El TY-yə (Region Tv) istinadən xəbər verir ki, tədbir Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Festivalda müxtəlif folklor qruplarının hazırladıqları əyləncəli proqramlar nümayiş olunur, sərgi-yarmarkaları, oturma gecələri keçirilir, tonqallar qalanır. Orta əsr Ağsu şəhəri ilə tanış olmaq istəyən qonaqlar üçün tur təşkil edilir. Festival iştirakçıları kənddəki evlərdə yerləşiblər. Festival 3 gün davam edəcək.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/330079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR