Qalmaqallı film 10 günə rekord pul qazandı

Qalmaqallı film 10 günə rekord pul qazandı
09:26 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Şimali Koreya liderinə hazırlanan sui-qəsddən danışan qalmaqallı “Müsahibə” filmi 25 dekabrdan 4 yanvara kimi 36 milyon dollar vəsait əldə edib.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri Reuters, filmin yayım hüquqlarına sahib olan "Sony Pictures" şirkətinə istinadən məlumat yayıb. Həmçinin filmin nümayişindən əldə olunan vəsaitin 31 milyon dolları da şirkətə çatıb.

25 dekabrdan 4 yanvara kimi “Müsahibə” ödənişli olaraq 4,3 milyon dəfə izlənib. Bundan əlavə daha 5 milyon gəliri şirkət filmin yayımlandığı ABŞ kinoteatrlarından alıb. Kim Çen Ina sui-qəsd barədə film ümumilikdə 580 müstəqil kinoteatrda göstərilib. Daha əvvəl 3 min kinoteatrda göstəriləciyi planlaşdırılan film Koraynın kəskin tənqidi və Sony Pictures-olan çoxsaylı haker hücumlarından sonra təxirə salınıb.

ABŞ hakimiyyəti haker hücumlarına görə Pxenyanı günahlandırsa da Şimali Koreya ittihamları təkzib etmişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=318139

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR