Artur Rasizadə: "Ötən il Azərbaycanda makroiqtisadi sabitlik qorunub"

12:52 17 Mart 2015
Ölkə mətbuatı
A- A+

Onun sözlərinə görə, ölkənin strateji valyuta ehtiyatları 51,3 mlrd. dolları keçib: “Bu da ölkənin xarici borcunu 8 dəfə üstələyir. Ölkədə yaşa görə pensiya 192 manata çatıb. Yoxsulluq səviyyəsinin azaldılması yenə də hökumətin diqqət mərkəzində saxlanılıb və nəticədə ölkədə yoxsulluq həddi 5%-ə düşüb. Məcburi köçkün və qaçqınların yaşayış səviyyəsinin yüksəldilməsi də diqqətdə saxlanılıb. Hesabat ilində onlar üçün 6 yeni qəsəbə salınıb, 4 min məcburi köçkün ailəsi yeni mənzillə təmin edilib. Məcburi köçkünlərin mənzillə təminatı yaşayış səviyyəsinin yüksəldilməsinə 630 mln. manat vəsait ayrılıb”.
Baş nazir onu da qeyd edib ki, hesabat ilində Azərbaycanda yaradılan yeni müəssilərin sayı 16% artıb, bölgələrdən vergi daxilolmlarında 9,4% artım qeydə alınıb: “Beynəlxalq maliyyə qurumları ilə 978 mln. dollarlıq kredit sazişi imzalanıb. 2014-cü ilin "Sənaye ili" olması iqtisadiyyatın şaxələndirilnməsində öz rolunu oynayıb. Nəticədə, ölkədə 230 yeni sənaye müəssisəsi açılıb. Kənd təsərrüfatı da daim hökumətin diqqətində saxlanılır və 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsi də bu sektorun gələcək inkişafa hesablanmış mühüm qərarlardandır”.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/artur-rasizade-oten-il-azerbaycanda-makroiqtisadi-sabitlik-qorunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR