Bakıda "Hyundai" yanıb - FOTO

Bakıda "Hyundai" yanıb - FOTO
09:27 7 Yanvar 2015
163 Digər
Ölkə mətbuatı
A- A+

Texniki nasazlıq Bakıda avtomobilin yanmasına səbəb olub. APA-nın məlumatına görə, hadisə Xətai rayonu ərazisində, Babək prospektində baş verib. Yanğın baş verən vaxt "Hyundai" markalı minik maşını şəhər mərkəzindən Yeni Günəşli qəsəbəsinə doğru hərəkət edirmiş. Sürücünün sözlərinə görə, avtomobilin mühərrik hissəsindən tüstü qalxdığını əvvəlcə yolla gedən digər sürücülər görüb və ona xəbərdarlıq ediblər. Sürücü nəqliyyat vasitəsini saxlayıb və problemi özü aradan qaldırmağa çalışıb. Ancaq buna nail ola bilməyib və adi tüstü tez bir vaxtda güclü yanğına çevrilib, alov avtomobilin mühərrik hissəsindən salonuna doğru irəliləyib.
 
Alovu söndürmək mümkün olmadığı üçün FHN-in 112 qaynar xətt xidmətinə məlumat verilib. Əraziyə cəlb olunmuş yanğınsöndürənlər yanğının qarşısını alsalar da, yardım üçün müraciət gec olunduğundan, maşının ön hissəsi tamamilə yanıb. Sürücünün sayıqlığı nəticəsində hadisə zamanı xəsarət alan olmayıb. Onun bildirdiyinə görə, avtomobil bir neçə gün əvvəl Rusiya Federasiyasından ölkəmizə gətirilib. Yanğının səbəbləri araşdırılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/317644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR