Qarabağ əlilləri ilə bağlı təklif

Qarabağ əlilləri ilə bağlı təklif
13:01 17 Mart 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

"Hesab edirəm ki, ötən ildə Azərbaycan hökumətinin fəaliyyəti qənaətbəxş olub. Bununla sosial sahənin inkişafına da şərait yaradılıb”. ANS PRESS-in məlumatına görə bunu Mill Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Milli Məclisin plenar iclasında deyib.

Deputat baş nazir Artur Rasizadənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatına münasibət bildirərkən qeyd edib ki, ölkəmiz bir çox uğurlara imza atıb.

Onun sözlərinə görə, baş nazirin hesabatı hərtərəfli hazırlanıb və sosial məsələlər bu məruzədə ətraflı şəkildə təhlil olunub. Musa Quliyev bununla yanaşı, Azərbaycanda olan problemlərə də toxunub:

“Əsas problemlərdən biri də Qarabağ əlillərinin pensiya təminatı ilə bağlıdır. Pensiya-sığorta sisteminə keçid zamanı bəzi uyğunsuzluqlar yarandı.
Hansı Qarabağa əlilinin 5 illik əmək stajı var idi, onlar pensiya alırdılar. 5 il stajı olmayanalar isə pensiya yox, müavinət alır. Bu müavinət 60 manat məbləğindədir. Təklif edirəm ki, stajı az olan Qarabağ əlillərə də verilən müavinət minimum pensiya həddinə çatdırılsın”.

Milli Məclis üzvü ölkədə sosial evlərin tikilməsinin vacibliyini də vurğulayıb. Musa Quliyev orta tibb təhsilində olan problemlər barədə də danışıb: “Orta tibb təhsilli kadrların yetişdirilməsi qənaətbəxş deyil. Dünyanın heç bir yerində orta tibb təhsili ilə bağlı belə bir sistem yoxdur. Xarici ölkələrdə onların bilik və bacarıqları təkmilləşdirilir”.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=332355

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR