x
Loading...
.

Çingiz Hüseynzadə: Avropa Oyunları ilə bağlı hazırlıq işlərinin son mərhələsindəyik

Çingiz Hüseynzadə: Avropa Oyunları ilə bağlı hazırlıq işlərinin son mərhələsindəyik
13:03 17 Mart 2015
42 İdman
Ölkə mətbuatı
A- A+
.


Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan birinci Avropa Oyunları ilə bağlı hazırlıq işlərinin son mərhələsini icra edir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.
Vitse-prezident bildirib ki, artıq Avropa Oyunlarına hazırıq və idman qurğularının bir çoxu istifadəyə verilib. Test yarışları keçirilir. Aprel ayında da boks və güləş üzrə test yarışları keçiriləcək. Üzgüçülük hovuzu tam hazırdır, aprel-may aylarında sınaqdan keçirilməsi nəzərdə tutulub. Olimpiya kəndi də tam hazır vəziyyətdədir. Bundan sonra əsas işimiz bu oyunlara Azərbaycan tamaşaçılarının cəlb edilməsidir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHingiz_Huseynzade_Avropa_Oyunlari_ile_bagli_hazirliq_islerinin_son_merhelesindeyik-839913

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR