Pişiyi öldürdü, 2 il həbs aldı

09:32 7 Yanvar 2015
179 Dünya
Ölkə mətbuatı
A- A+

Bu pişik onun yeganə qurbanı deyildi
ABŞ-da bir kişi pişiyi ölənədək döydüyünə görə məhkəmə onu 2 il həbs cəzasına layiq görüb.

Anspress-in məlumatına görə, Associated Press agentliyinin xəbərində qeyd edilir ki, qərar ev heyvanları ilə sərt münasibətə görə çıxarılıb.

İstintaqçıların sözlərinə görə, pişik qatili hərəkətini onunla izah edib ki, pişiklərindən biri onu dişləyib.

Məsələnin istintaqa gəlib çıxması da maraqlı olub. Belə ki, 2013-cü ildə 24 yaşlı kişi həyat yoldaşı ilə pişiklərin saxlandığı sığınacağa 2 ölü pişik gətirərək onlardan zərərin qarşılanmasını tələb edib. Daha sonra məlum olub ki, cütlük bundan əvvəl daha 3 ölü pişiyi veterinar klinikasına təhvil verib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR