Cəlilabaddakı partlayışla bağlı RƏSMİ MƏLUMAT

Cəlilabaddakı partlayışla bağlı RƏSMİ MƏLUMAT
13:09 17 Mart 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi dünən Cəlilabadda  baş verən partlayışla əlaqədar məlumat yayıb. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, martın 16-da saat 08 radələrində Cəlilabad şəhərində rayon sakini Tacəddin Hüseynovun kirayədə yaşadığı evdə təbii qazın sızmasından yanğına keçən partlayış baş verib. Hadisə nəticəsində qapı və pəncərə şüşələri sınıb, ev əşyaları qismən yanıb.

 

Yanıq xəsarəti alan T.Hüseynov, arvadı Samirə, qızı Mirhumay və oğlu Mirhəbib xəstəxanaya yerləşdiriliblər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/196598

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR