x
Loading...
.

Artur Rəsizadə hesabat verir

Artur Rəsizadə hesabat verir
13:11 17 Mart 2015
35 Digər
Ölkə mətbuatı
A- A+
.

"Neft-qaz sektoru hələ uzun illər ölkə iqtisadiyyatında mühüm yer tutacaq”. Milli Məclisin bu gün keçirilən iclasında baş nazir Artur Rasizadə Azərbaycan respublikası Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatla çıxış edib. ANS PRESS-in məlumatına görə, baş nazir deyib ki, ötən il ölkədə aparılan uğurlu siyasət davam etdirilib:

“Qarşıya qoyulan bütün məqsədlərə nail olunub, iqtisadiyyat şaxələndirilib, xalqın rifahı üçün əhəmiyyətli addımlar atılıb. Prezidentin fəaliyyəti səbəbindən ölkədə davamlı iqtisadi sabitlik yaranıb. Dünya iqtisadiyyatında baş verən qeyri-davamlılığın ölkə iqtisadiyyatına təsiri azalıb. 11, 5 milyard xarici investisiyasına şərait yaradılıb. Məlum olub ki, ünvanlı dövlət sosial yardım alan şəxslərin sayı 33 faiz azalıb.

Bir ailəyə düşən sosial yardım 149 manat təşkil edib: “Məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib. 4 mindən çox məcburi köçkün ailəsi mənzillə təmin edilib, bu istiqamətdə 650 milyon manatdan artıq maliyyə xərclənilib”. Nazir həmçinin deyib ki, dövlət büdcəsinin vəsaiti hesabına real sektorda layihələr maliyyələşdirilib:

“Sahibkarlara 290 milyon manat kredit verilib, 39 iri müəssisə yaradılıb. Ötən il üçüncü dövlət proqramı qəbul edilib, əvvəlki proqramlar səbəbindən regionlarda çoxlu sayda istehsal müəssisələri, sənaye parkları yaradılıb, təmir-tikinti işləri aparılıb. Regionların inkişafına 4,5 milyard manat yönəldilib. 2014-cü ilin sənaye ili elan olunması qeyri-neft sektorunun inkişafını stimullaşdırıb. Bunun nəticəsi olaraq 2014-cü ildə ölkədə 230-dan çox sənaye müəssisəsi açılıb”.

Artur Rasizadə onu da əlavə edib ki, neft-qaz sektoru hələ uzun illər ölkə iqtisadiyyatında mühüm yer tutacaq: “Ötən il Azərbaycan qazının Avropa ölkələrinə nəqli üçün nəzərdə tutulan Cənub Qafz dəhlizinin əsası qoyulub. Cənub Qaz Dəhlizi, TAP, TANAP kimi layihələr uzun illər ölkənin iqtisadi maraqlarına və xalqın rifahına xidmət edəcək”.

Kənd təsərrüfatına yönəldilən vəsaitlərə toxunan baş nazir deyib ki, 2014-cü ildə bu sahəyə xüsusi diqqət ayrılıb, kənd təsərrüfatı 5 il müddətinə bütün vergilərdən azad edilib. İri fermer təsərrfüatının yaradılmasına nəzərdə tutulan layihələrə 47 milyon manat ayrılıb.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=332356

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR