"Mercedes"dən möhtəşəm yenilik (FOTO)

09:41 7 Yanvar 2015
172 Digər
Ölkə mətbuatı
A- A+

Yaxın zamanlarda küçələrdə sürücüsüz maşınlar görsəniz təccüblənməyin. ANS PRESS-in məlumatına görə, "Mercedes" sürücüsüz maşın üçün ilk ipuclarını verib.

Dünyanın ən böyük elektronik və texnolojiya sərgisi ABŞ-ın Las Veqas şəhərində keçirilib. "Consumer Electronics Show (CES) 2015" də ən çox maraq doğuran mövzulardan biri də sürücüsüz maşınlar olub.

İlk sürücüsüz maşınını "Mercedes-Benz" təqdim edib.

"CES 2015" sərgisində təqdim edilən "F 015 Luxury in Motion" adlı model gələcəkdə küçələrdə şütüyəcək sürücüsüz maşınların nəyə bənzəyəcəyi haqqında təsəvvürlər yaradıb.

Maşındakı LED işıqlar sürüş formasına görə rəngini dəyişir. İnsan tərəfindən idarə ediləndə işıqlar ağ, sürücüsüz olanda isə mavi olur.

"Mercedes F 015"in hazırlanmasında əsas maddə karbon fiberlə gücləndirilən plastik olub. Hidrogen yanacaqla işləyən maşının yollara nə zaman çıxacağı hələ dəqiq bəlli deyil.












RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR