x
Loading...
.

Parlamentdə papaq qalmaqalı

Parlamentdə papaq qalmaqalı
13:21 17 Mart 2015
33 Digər
Ölkə mətbuatı
A- A+
.

“Manatın devalvasiyası prosesindən sonra əhalinin yaşayış səviyyəsi xeyli aşağı düşüb. Az təminatlı ailələr banklardan kredit götürüb, ancaq dolların bahalaşması nəticəsində krediti ödəməkdə çətinlik çəkir".
ANS PRESS-in məlumatına görə, bunu millət vəkili Fazil Mustafa bu gün parlamentdə keçirilən plenar iclasda deyib.

O, deyib ki, Azərbaycan hökuməti bu məsələlərlə bağlı aydınlatıcı və ciddi izahlar verimir ki, həmin kütlə gələcəyə azacıq da olsun ümidlə baxsın. "Məncə bu problemi həll etmək lazımdır”.

Deputatorta təbəqə sayaılan insanların yaşayış şəraitindən də narahatlığını dilə gətirib. "Bəzilərinin hasarı çox hündür və qapıları kilidli olduğu üçün papaqlar hasarından keçmək mümkün olan evlərə atılır. İndi bu məsələni müzakirə etmək lazımdır ki, orta təbəqədən olan insanlar papaqların içini nə ilə doldursunlar".

Milli Məclisin spikeri Oqtay Əsədov isə deputatın papaqla bağlı çıxışına münasibət bildirib. O qeyd edib ki, papaq milli mentalitetdir və bu cür məsələləri müzakirə etmək məsləhət deyil.
“Sən fikirlərini milli mentalitetə toxunan məsələ kimi dedin. Vaxtilə bacadan da papaq atırdılar. Narahat olma, hansı qapıya papaq atsan inanmıram ki, sənin papağın boş gəlsin”.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=332357

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR