Baş nazir: "Ermənistanın münaqişənin həllində tutduğu mövqe məsələnin həllini qeyri-müəyyən müddətə uzadılmasına səbəb olur"

13:27 17 Mart 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Baş nazirin sözlərinə görə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bunu nəzərə alaraq ordu quruculuğunun daim təkmilləşdirilməsini və ordunun ən müasir silah-sursatla təmin edilməsini, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasını gündəlik nəzarətində saxlayır: “Son zamanlar hərbçilərimizin işğalçı erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdikləri təxribatlara verdiyi tutarlı cavablar Azərbaycan ordusunun döyüş qabiliyyətinin gündən-günə artdığının əyani sübutudur. Düşünürəm ki, hərbi quruculuq və milli ordu ilə bağlı məsələlərə bütün dövlət orqanlarının, digər qurumların və cəmiyyətimizin daim diqqət mərkəzində olmalıdır. Sevindirici haldır ki, artıq bu diqqəti, qayğını əks etdirən çoxlu nümunələr var. Silahlı Qüvvələrə Yardım Fonduna toplanılan könüllü ianələrin ilbəil artırılması da ordumuza göstərilən hərtərəfli ümumxalq dəstəyinin təzahürüdür”.

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/bas-nazir-ermenistanin-munaqisenin-hellinde-tutdugu-movqe

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR