Sevgilisi çılpaq FOTOlarını yaydığı üçün bu mesajı yazıb İNTİHAR ETDİ

Sevgilisi çılpaq FOTOlarını yaydığı üçün bu mesajı yazıb İNTİHAR ETDİ
16:12 22 Fevral 2017
124 Dünya
Ölkə mətbuatı
A- A+

Hollandiyada 15 yaşlı Onur Hakan Cücü adlı türkiyəli gənc köhnə sevgilisi çılpaq fotosunu sosial şəbəkədən paylaşınca binanın damından atlayaraq intihar edib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Hollandiyanın Ensçede şəhərindəki Bonhoeffer kollecinin 15 yaşlı 3-cü sinif şagirdi  Onur Hakan Cücü ailəsinin evinə yaxın bir binanın damından atlayaraq intihar etdi. Türk gəncinin ölüm xəbəri şəhəri yasa boğub. Polis hadisə haqqında istintaq başladıb. Sonuncu dəfə sevgilisiylə mesajlaşan Cücünun son sözləri "Səni çox sevdim. Mən gedirəm, salamat qal. Hər şey üçün üzr istəyirəm. İnternetimi də bağlayıram, istədiyini göndərə bilərsən" olub.

İntihar sonrası Cücünün Ensçedenin Deppenbroek ərazisindəki evləri başsağlığı ziyarətinə dönüb. Cücünün məktəb yoldaşları fotonu yayan şəxsin Bonhoeffer kollecinin keçmiş qız şagirdi olduğu və hətta bəzilərinin qızla əlaqə quraraq niyə belə bir şey etdiyi ilə bağlı suallar verdikləri və qızın həmin fotoları yaydığına peşman olduğu haqda məlumatlar yayılıb.

Onur Hakan Cücünün cənazəsinin Türkiyədə dəfn ediləcəyi ifadə edilib.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/520012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR