SOCAR Londonda Beynəlxalq Neft Həftəsi çərçivəsində öz tədbirini uğurla həyata keçirib

SOCAR Londonda Beynəlxalq Neft Həftəsi çərçivəsində öz tədbirini uğurla həyata keçirib
16:17 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Britaniya Enerji İnstitutunun təşkilatçılığı ilə Londonda Beynəlxalq Neft Həftəsi keçirilir.
"Report" xəbər verir ki, tədbirə 50-dən çox ölkənin nümayəndələri qatılıb. Üç gün müddətində keçirilən konfrans, "dəyirmi masa" və fasilələrdə çağırışlar və imkanlar, enerji bazarında tələb-təklif, qiymət dəyişikliyi, neft-qaz ve neft-kimya alqı-satqısı məsələləri müzakirə olunub.
Toplantıya qatılan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) artıq 6 ildir Beynəlxalq Neft Həftəsi çərçivəsində tədbir keçirir. SOCAR-ın tədbir təşkil etməsində əsas məqsədi Azərbaycanın beynəlxalq biznes əlaqələrinin daha da artması, beynəlxalq biznes münasibətlərinin inkişaf etdirilməsidir. Həmçinin, tədbirin məqsədi şirkətin həyata keçirdiyi işlər barədə məlumat vermək, yeni-yeni tərəfdaşlar əldə etmək olub. Tədbiri Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları və yerli diaspor nümayəndələri də ziyarət ediblər.
Qeyd edək ki, Beynəlxalq Neft Həftəsinin 1-ci günündə sənayenin gələcəyə uyğunlaşdırılması, enerji təchizatı, neft iqtisadiyyatının gələcəyi, dünya enerji tələbatının qarşılanması, Asiyanın enerji tələbatının gələcəyi, neft və qaz qiymətləri və digər məsələlər müzakirə olunub. 



Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-londonda-beynelxalqneft-heftesinde

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR