Sergey Lavrov: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin məqbul həll variantını tapmağı davam etdirməyin tərəfdarıdır”

Sergey Lavrov: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin məqbul həll variantını tapmağı davam etdirməyin tərəfdarıdır”
16:22 22 Fevral 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ “Rusiya son illər Azərbyacan və Ermənistan prezidentlərinin, eləcə də ATƏT-in Minsk qrupunun həmsədri olan 3 ölkənin rəhbərliyinin iştirak ilə imzalanan sənədlərə tam uyğun olaraq, münaqişənin məqbul həllini tapmağı davam etdirməyin tərəfdarıdır”.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edurad Nalbandyanla görüşdən sonra bildirib.
“Mən bütövlükdə danışıqların bizim müttəfiqlik münasibətlərimizin inkişafına gələcəkdə yardım edəcəyinə əminəm”, - deyə S.Lavrov vurğulayıb.
XİN başçısı hesab edir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin formatına alternativ mövcud deyil.

Qeyd edək ki, bu gün Moskvada Sergey Lavorv Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanla görüşüb. Görüşdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin tənzimlənməsi məsələsi də müzakirə edilib. 



Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/sergey-lavrov-rusiya-dagliq-qarabag-munaqisesinin-meqbul-hellini-tapmagi-davam-etdirmeyin-terefdar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR