Hesabat: "Dağlıq Qarabağ münaqişəsindən sonrakı bərpa xərcləri də həddindən çox olacaq" - FOTO

Hesabat: "Dağlıq Qarabağ münaqişəsindən sonrakı bərpa xərcləri də həddindən çox olacaq" - FOTO
16:32 22 Fevral 2017
243 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda "Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar" mövzusunda beynəlxalq konfrans keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edib.

Konfransda Azərbaycan Respublikası Ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi qrupunun üzvü, "MBA" qiymətləndiricilər şirkətinin direktoru Nüsrət İbrahimov Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan tərəfindən Azərbaycana vurulmuş maddi və mənəvi zərərə dair hesabatla çıxış edib.

Hesabatda qeyd olunub ki, Ermənistanın havadarlarının himayəsi altında həyata keçirdiyi silahlı təcavüz və işğal nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatlar zaman keçdikcə sürətlə artmaqda davam edir ki, bu da münaqişədən sonrakı bərpa xərclərinin də həddindən çox olacağına dəlalət edir.

Hazırda Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərindəki zəngin yeraltı və yerüstü təbii sərvətlərin talan edilməsi, həmçinin torpaqlarımızın işğalının ümumi daxili məhsulun strukturuna mənfi təsiri davam etməkdədir. Azərbaycanda məhsuldar və rəqabətli kənd təsərrüfatı məhsulları istehsalının və bunun müqabilində emal sənayesinin zəifləməsi, Azərbaycanın yay otlaqlarının 70%-nin işğal altında qalması, işğal olunmuş ərazilərdən başqa cəbhə xəttindən Azərbaycanın içərilərinə doğru 50-80 kilometrə qədər məsafədə olan bölgələrin mədəni, mənəvi, sosial-iqtisadi, təbii sərvətlər potensialından istifadədən məhrumiyyətlərə gətirib çıxarır. Beləliklə, qeyd olunan amillərə görə investisiya qoyuluşunun mümkünsüzlüyü kimi əsaslı təsirlər nəticəsində Azərbaycan böyük itki və zərərlərə məruz qalmaqda davam edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



















Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/520183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR