Bakıda dağılan körpü ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

Bakıda dağılan körpü ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO
16:37 22 Fevral 2017
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda M.Mehdizadə küçəsinin üzərində yerləşən dəmir yolu körpüsündə baş vermiş nəqliyyat hadisəsi nəticəsində körpü qəzalı vəziyyətə düşüb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, fevralın 20-də saat 22:00 radələrində Bakı yük-Liman mənzilinin 16 km pk9-da M.Mehdizadə küçəsinin üzərində yerləşən körpüdə Ə.Əhmədovun idarə etdiyi 90-ZF-209 dövlət nömrə nişanlı betonvuran (pompa) nəqliyyat vasitəsinin iştirakı ilə yol qəzası baş verib. Hadisənin baş verməsinə səbəb nəqliyyat vasitəsinin M.Mehdizadə küçəsi ilə şəhər istiqamətində sürətlə hərəkəti və yol nişanlarının tələblərinə riayət etməməsi olub.

Baş vermiş hadisə nəticəsində körpü qəzalı vəziyyətə düşüb, körpünün qəzalı vəziyyətinin aradan qaldırılması üçün qəzalı aşırımlar müvəqqəti olaraq götürülüb və bu istiqamətdə qatarların hərəkəti dayandırılıb. Körpünün bərpa olunması üçün tədbirlər görülür.

Həmin körpünün ümumi uzunluğu 30,6 metrdir. İki aşırımlı körpünün hər bir aşırımının uzunluğu 8,54 m-dir. Körpü 1935-ci ildə tikilib, sonuncu dəfə 1978-ci ildə əsaslı təmir olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/520187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR