IX sinif şagirdlərinin “İmtahana buraxılış vərəqəsi”nin çapına başlanılıb

IX sinif şagirdlərinin “İmtahana buraxılış vərəqəsi”nin çapına başlanılıb
16:42 22 Fevral 2017
832 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ IX sinif üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak edən şagirdlərin “İmtahana buraxılış vərəqəsi”nin çapına başlanılıb.
Bu barədə “Report”a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Buraxılış imtahanının birinci mərhələsi martın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) keçiriləcək.
DİM-dən bildirilib ki, http://eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə etməklə şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə həmin təhsil müəssisəsində təhsil alan bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalı və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir.
Şəxsiyyəti təsdiq edən sənədində şəkil olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı buradan yükləmək olar.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/ix-sinif-sagirdlerinin-i-mtahana-buraxilis-vereqesi-nin-capina-baslanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR