Poroşenko: “Rusiya ilə genişmiqyaslı müharibə təhlükəsi var”

Poroşenko: “Rusiya ilə genişmiqyaslı müharibə təhlükəsi var”
16:53 22 Fevral 2017
138 Dünya
Ölkə mətbuatı
A- A+

“Ukraynanın cənubi-şərqində və Dnestryanı ərazidə yerləşən Rusiya hərbi kontingentindən istənilən vaxt ərazilərimizə hücum üçün istifadə edilə bilər”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu fikirlə Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin silahlı qüvvələrinin rəhbər heyəti ilə görüşündə çıxış edib.

“Rusiya tərəfindən genişmiqyaslı müharibə təhlükəsi heç yerə yoxa çıxmayıb”, - Poroşenko əlavə edib.

Ukrayna prezidenti vurğulayıb ki, Rusiyada 2018-ci ildə keçiriləcək prezident seçkiləri Ukrayna Silahlı Qüvvələrindən yüksək döyüş hazırlığı tələb edir:

“Rusiya “hibrid müharibə”nin davamı olaraq özünün imperiya planlarını reallaşdırmağa çalışacaq. Bütün istiqamətlər üzrə hərbi gücün genişmiqyaslı tətbiqi istisna edilmir. Rusiyada 2018-ci ildə keçiriləcək prezident seçkiləri Ukraynanın Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığı üçün əlavə arqumentdir. Tamamilə aydındır ki, “əzələlərlə oyun” əsas seçki texnologiyasıdır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR