Oqtay Əsədov Milli Məclis adından Mehriban Əliyevanı təbrik edib

Oqtay Əsədov Milli Məclis adından Mehriban Əliyevanı təbrik edib
16:57 22 Fevral 2017
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Parlamentin sədri Oqtay Əsədov Milli Məclis adından Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib. 
"Report" xəbər verir ki, təbrik məktubunda deyilir:
"Hörmətli Mehriban xanım,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik!Dövlətimizin başçısı cənab İlham Əliyevin bu qərarı xalqımız tərəfindən minnətdarlıq duyğuları ilə qarşılanıb. Çünki Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti kimi həyata keçirdiyiniz dəyərli işlər, geniş ictimai və xeyriyyəçilik fəaliyyətiniz, səmimiliyiniz, sadəliyiniz, əhalinin qayğılarına həssas münasibətiniz Sizə insanların dərin inamını, hörmət və məhəbbətini qazandırıb.
Biz bu cür yüksək dövləti vəzifədə öz həmkarımızı görməkdən sonsuz qürur hissi keçiririk. Parlamentin fəaliyyətinə Sizin verdiyiniz töhfələr, xüsusən qanunvericilik təşəbbüsü hüququnuzdan səmərəli istifadə edərək on minlərlə insanı yenidən azadlığa qovuşdurmağınız Milli Məclisin tarixində və xalqımızın yaddaşında həmişəlik qalacaq.
Müasir dövrün çağırışları dövlətimiz qarşısında hər gün yeni vəzifələr qoyur. Belə bir şəraitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət ölkəmizin geosiyasi təlatümlərə sinə gərərək, sabit və ardıcıl inkişafını təmin edir. İnanırıq ki, Sizə xas olan yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin bilikləriniz, təşkilatçılıq qabiliyyətiniz dövlətimizin başçısı tərəfindən həvalə edilən vəzifələri yüksək səviyyədə yerinə yetirməyinizə kömək göstərəcək.
Hörmətli Mehriban xanım, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edir, şərəfli və məsuliyyətli dövləti fəaliyyətinizdə Sizə böyük uğurlar arzulayırıq!".

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/oqtay-esedov-milli-meclis-adindan-mehriban-eliyevani-tebrik-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR