Pəhriz saxlamadan arıqlamaq istəyirsiniz? - Bu xəbəri oxuyun!

Kanada da 940 insan üzərində aparılan araşdırmalar nəticəsində məlum olub ki, heç pəhriz saxlamadan, hər gün 1 porsiya quru paxlalı qidalar yeməklə 1 aya yarım kilo ata bilərsiniz.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, daxili xəstəliklər üzrə mütəxəssis həkim Ayça Qaya zəifləmək istəyənlər üçün quru paxla yeməkləri yeməyin 5 önəmli səbəbini açıqlayıb:

  • Quru paxlalılar protein, dəmir, minerallar baxımından zəngindir. Bədəndə əksiklik yaratmadığı üçün maddələr mübadiləsini yaxşılaşdırır.
  • Quru paxlalılar qidalanma ilə birlikdə bədənin pis yağları udmasını azaldır. Beləcə, daha az yağlı yeməyi təmin edir.
  • Yağ udmasını azaltdığı üçün bədəndəki yağı da azaldır. Xolesterolu aşağı salır.
  • Lif nisbəti çox yüksək olduğu üçün adamı tox tutur .
  • Qan şəkərini sürətlə yüksəltməz. Qlisemik indeksi aşağı olan qidalar olduğu üçün daha yavaş həzm olunur. Bir sonrakı öyündə az yemək yeməyinizi təmin edir və toxluq hissini 31 faiz artırır.

Həkimin sözlərinə görə, quru paxlalıları tomatlı və yağlı olaraq yeməyin. Hər gün sadəcə maksimum 4 yemək qaşığı qaynadaraq, salatlarınıza əlavə edib, yeyin. Sarıkök, qırmızı bibər və qara bibərlə qarışdıraraq yediyinizdə yağ yandırmağı sürətləndirəcəksiniz.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR