“Caspian European Club” və “Caspian American Club” birgə seminar keçirib

“Caspian European Club” və “Caspian American Club” birgə seminar keçirib
17:17 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda “Caspian European Club” (“Сaspian Business Club”) və “Caspian American Club” çərçivəsində “Şirkət hədəfləri və insan resurslarının strateji rolu” mövzusunda seminar təşkil olunub.
“Report”a daxil olan məlumata görə, seminarı “Barattson School of Business and Finance” tədris mərkəzinin nümayəndəsi Orxan İsayev aparıb.
“HR Consultant” kursunun bir hissəsi olan seminar Azərbaycanda ilk dəfə keçirilib. Seminar çərçivəsində HR mütəxəssisləri HR sisteminin yaradılması və təkmilləşdirilməsinin yolları, auditin təşkili barədə praktik biliklər əldə ediblər.
Seminar zamanı iştirakçılar simulyativ şirkət misalında HR sistemi ilə bağlı strategiya, siyasət, prosedur və digər normativ sənədləri hazırlamaq və auditin aparılmasını həyata keçirmək imkanı əldə ediblər. O. İsayev Azərbaycanda və onun hüdudlarından kənarda HR-məsləhətçi olaraq qazandığı təcrübəni seminar iştirakçıları ilə bölüşüb.
Seminarda Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə və Avropa İttifaqının nümayəndələri iştirak ediblər.
“Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev təmsil etdiyi qurumların 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradıldığını xatırladıb. O, bu klubların sədrinin Prezident İlham Əliyev olduğunu bildirib. Telman Əliyev qeyd edib ki, “Caspian American Club”un yaradılması təşəbbüsü də Azərbaycan dövlətinin başçısına məxsusdur.
Onun sözlərinə görə, təsis olunduğu ilk gündən “Caspian European Club” neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Klub dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.
“Caspian Energy”, “Caspian European Club”, “Caspian Business Club”, “Caspian American Club” və CEO qeydiyyatdan keçmiş ticarət nişanlarıdır və “Caspian Energy International Media Group”a məxsusdur.



Xəbərin orijinal ünvanı: https://report.az/biznes/caspian-european-club-ve-caspian-american-club-birge-seminar-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR