Əmlak Məsələləri Dövlət Komitəsi ilə Aqrar Universiteti arasında memorandum imzalanıb

Əmlak Məsələləri Dövlət Komitəsi ilə Aqrar Universiteti arasında memorandum imzalanıb
17:32 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi məqsədilə bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında elm, təhsil və qarşılıqlı maraq kəsb edən digər sahələrdə, o cümlədən gənc və savadlı torpaqşünaslar, yerquruluşu və kadastr mütəxəssislərinin cəlb edilməsi üçün anlaşma memorandumu imzalanıb.
Komitədən "Report"a bildirilib ki, memorandumun imzalanmasında başlıca məqsəd ƏMDK tərəfindən Azərbaycanın ali təhsil müəssisələrində daşınmaz əmlakın dövlət qeydiyyatı, kadastrın formalaşdırılması, yerquruluşu və geodeziya sahələrində gənc və peşəkar mütəxəssislərin hazırlanması, ixtisasartırma, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsilin təşkil olunmasıdır.
İmzalanan memoranduma əsasən, gələcəkdə birgə layihələrin, dəyirmi masaların, seminar və müzakirələrin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda anlaşma çərçivəsində müxtəlif elmi-tədqiqat və analitik işlər, monitorinq və sorğular keçiriləcək, komitə əməkdaşları üçün ixtisasartırma kursları təşkil ediləcək. Bununla belə, Universitetdə çalışan və təhsil alan əməkdaşlar, müdavimlər, magistr və tələbələr Komitədə könüllülük, staj keçmə və daimi əsaslarla işə cəlb ediləcək.
Dövlət Komitəsi tərəfindən gələcəkdə də peşəkar fəaliyyət növlərinə müvafiq səriştəsi olan gənc və müasir düşüncəli kadrların cəlb edilməsi, onların məşğulluğu məsələlərində elm-tədris müəssisələri, təhsil ocaqları arasında tərəf-müqabil münasibətlərinin inkişafı istiqamətində davamlı tədbirlər görüləcək.




Xəbərin orijinal ünvanı: https://report.az/ask/emlak-meseleleri-dovlet-komitesi-ile-aqrar-universiteti-arasinda-memorandum-imzalanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR