Ramil Usubov oğlunu idarə rəisi təyin edib - RƏSMİ

Ramil Usubov oğlunu idarə rəisi təyin edib - RƏSMİ
17:49 22 Fevral 2017
368 Digər
Ölkə mətbuatı
A- A+

Polis polkovniki Emil Usubov Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin edilib.

 

Lent.az-ın Report-a istinadən xəbərinə görə, bunu DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

 

Onun sözlərinə görə, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi polis general-mayoru Sərvər Mehrəliyev xidmət keçmənin son yaş həddi ilə əlaqədar bir müddət əvvəl təqaüdə göndərilib. Bu vəzifəyə DİN-in müvafiq əmri ilə həmin Baş İdarənin rəis müavini, polis polkovniki Emil Usubov təyin edilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268284

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR