Azərbaycanlı futbolçu Sloveniya klubu ilə yollarını ayırıb

Azərbaycanlı futbolçu Sloveniya klubu ilə yollarını ayırıb
17:52 22 Fevral 2017
106 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycanlı futbolçu Samir Məsimov Sloveniyanın "Domjale" klubundan ayrılaraq, Bakının AZAL klubuna keçib. Bu barədə "Report"a AZAL-ın meneceri Eldəniz Yusifov məlumat verib.
Klub rəsmisi bildirib ki, 22 yaşlı yarımmüdafiəçi hazırda AZAL-ın düşərgəsindədir. E.Yusifov Məsimovla müqavilə bağlayacaqlarını söyləyib: "Samir az öncə komandamıza gəlib. Sabah tibbi baxışdan keçdikdən sonra onunla 6 ay + 1 il sistemi ilə müqavilə bağlanılacaq".
Qeyd edək ki, 2016-cı ilin fevralında "Neftçi"dən ayrılaraq, Sloveniyanın "Domjale" klubu ilə 3 illik müqavilə bağlayanSamir Məsimov əsas heyətə düşməkdə çətinlik çəkirdi. O, ötən ilin dekabr ayında Qazaxıstanın "Okjetpes" klubunda baxışda olub, lakin bəyənilməyib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycanli-futbolcu-sloveniya-klubu-ile-yollarini-ayirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR