AZAL heyətinə daha bir futbolçu qatıb. Fanat.Az xəbər verir ki, "təyyarəçilər" Samir Məsimovla güclənib.
21 yaşlı hücumçu ilə 6 ay + 1 illik müqavilə imzalanıb. Onun adı tezliklə sifariş ərizəsinə salınacaq.
Qeyd edək ki, Samir Məsimov Moskvanın "Lokomotiv" və "Spartak" klublarında çıxış edib. O, 2014-2015-ci illərdə "Neftçi"nin formasını geyinib. Ötən il isə Sloveniyanın "Domjale" klubuna transfer olunmuşdu.
Fanat.Az