"Sarkisyanın ikiüzlü bəyanatlar verməsinin əsl səbəbi Azərbaycanın gücüdür”

"Sarkisyanın ikiüzlü bəyanatlar verməsinin əsl səbəbi Azərbaycanın gücüdür”
17:58 22 Fevral 2017
101 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu Serj Sarkisyanın Rusiyanın Ermənistanın təhlükəsizliyinin qarantı olması və Rusiyasız təhlükəsizliklərinin sual altında olması barədə yaltaqcasına səsləndirdiyi fikirlərə münasibət bildirib.

H.Babaoğlu Publika.az-a deyib ki, Serj Sarkisyan bu cür açıqlamaları ilə Ermənistanın müstəqil dövlət deyil, forpost olduğunu etiraf edib:

“Hər bir müstəqil dövlətin sərbəst siyasəti olur. Həmin dövlətlərin münasibətləri bu siyasətə və milli maraqlara söykənərək, region və dünya dövlətləri ilə tənzimlənir. Ancaq biz Rusiya-Ermənistan münasibətlərində bərabərhüquqlu və qarşılıqlı münasibətlərin deyil, şaquli şəkildə diktə olunan münasibətlərin şahidi oluruq”.

Deputat qeyd edib ki, Ermənistan tarixən də müstəqil dövlət olmayıb:

“Bunun başlıca səbəbi Ermənistanın siyasi-hərbi təsisat olmasıdır. İndiki Ermənistan respublikası tarixi Azərbaycan torpaqlarında yerləşir. Son yüz ilədək həmin ərazilərdə yaşayan əhalinin mütləq əksəriyyəti azərbaycanlılar olub. Həmin ərazilərdə Ermənistan dövlətinin yaradılması üçün ictimai-siyasi proseslər mövcud deyildi. Yalnız Çar Rusiyası azərbaycanlıları öz tarixi torpaqlarından çıxardıqdan sonra müxtəlif ölkələrdən həmin ərazilərə ermənilər köçürülüb. Lakin bütün bunlar da erməniləri millət olaraq formalaşdıra bilməyib”.

H.Babaoğlu vurğulayıb ki, hazırda erməni dilinin 40 faizə qədərini türk sözləri təşkil edir:

“Bu gün ermənilər özləri də etiraf edir ki, onların danışdıqları dilin təqribən 40 faizi türk, 40 faizi isə fars sözlərindən ibarətdir. İndi erməni mütəxəssislər təmiz erməni sözü tapmağın müşkül məsələyə çevrildiyini açıq şəkildə etiraf edirlər. Belə olan halda, Serj Sarkisyanın yaltaqcasına bəyanatlar verməsi təbiidir. Çünki Serj Sarkisyan ötən əsrin 90-cı illərinin əvvəlindəki Azərbaycanı da, 2016-c ilin aprel döyüşlərindən sonrakı Azərbaycanı da görüb. Bu gün onun bu cür ikiüzlü bəyanatlar verməsinin də əsl səbəbi Azərbaycan dövlətinin qüdrəti və gücüdür”.

Xatırladaq ki, Serj Sarkisyan hərbi birləşmə komandanları ilə keçirdiyi müşavirədə çıxışı zamanı Rusiyaya açıq şəkildə yaltaqlanan fikirlər səsləndirib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/188897.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR