Səfir: Azərbaycan xarici siyasətində islam və ərəb dünyası ölkələri ilə əlaqələrinə xüsusi əhəmiyyət verir"

Səfir: Azərbaycan xarici siyasətində islam və ərəb dünyası ölkələri ilə əlaqələrinə xüsusi əhəmiyyət verir"
18:42 22 Fevral 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ "Azərbaycan dövlətinin rəhbərliyi qardaş Əlcəzairlə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Əlcəzairlə bizi ortaq din, mədəniyyət və tarixi əlaqələr sıx bağlayır". 
"Report"un məlumatına görə, bunu Azərbaycanın Əlcəzairdəki səfiri Mahir Əliyev Əlcəzairin Əl-Nahar ictimai televiziyasında müsahibəsində deyib.
"Əlcəzairlə Azərbaycan arasında siyasi əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində çox sıx və qarşılıqlı inam şəraitində həyata keçirilir. İndi hər iki ölkədə səfirliklər fəaliyyətə başlayıb. Artıq hökumət üzvləri və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirilib. Hər iki tərəfi qarşılıqlı şəkildə maraqlandıran sahədə əməkdaşlığın perspektivləri müzakirə olunur və araşdırılır", - səfir bildirib.
Onun sözlərinə görə , Azərbaycan  öz xarici siyasətində dünyanın bütün ölkələri ilə yanaşı islam və ərəb dünyası ölkələri ilə əlaqələrinə xüsusi əhəmiyyət verir. "Biz digər ölkələrlə yanaşı, qonşu dövlətlərlə də sülh şəraitində yaşamaq siyasətinə üstünlük veririk. Azərbaycan Respublikası öz xarici siyasətində tam müstəqildir. Ölkəmizin rəhbəri də başda olmaqla heç bir xarici qüvvə bizim apardığımız xarici siyasətə təsir edə bilməz. Azərbaycan şimalda Rusiya kimi böyük dövlətlə, cənubda regionun çox böyük və qüdrətli dövləti olan İranla, qərbdə Gürcüstan və Ermənistanla, Cənub qərbdə qardaş Türkiyə ilə həmsərhəddir. Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə bütün sahələrdə ən yüksək səviyyəli əlaqələrimiz var. Ermənistanın müstəsna olmağı deməklə mən onu nəzərdə tuturam ki, bu dövlət Azərbaycana qarşı işğalçı siyasət yürüdən, bir sıra qonşuları kimi Azərbaycana da ərazi iddiaları sürən işğalçı bir dövlətdir. Ermənistan digər xarici qüvvələrin güclü dəstəyi ilə Azərbaycanın ərazilərinin 20%-i işğal etmişdir və bu işğal 25 ildən çoxdur davam edir. Ermənistanın əsas iddiası Azərbaycanın Dağlıq Qarabağ ərazisinədir. Bu ərazini Ermənistanın tarixi torpaqları adlandıran ermənilər buraya və hətta hazırki Ermənistan Respublikasına cəmi 150-170 il öncə Çar Rusiyası hökumətinin qərarı ilə İrandan və Türkiyədən köçürülərək yerləşdiriliblər. Onların yerləşdikləri torpaqlar və Ermənistan Respublikasının ərazisi Azırbaycanın əzəli torpaqlarıdır. Sovetlər İttifaqının dağıldığı mərhələdə ümumi xaosdan istifadə edən ermənilər onların arxasında duran xarici qüvvələrin və o vaxtkı sovet rəhbərliyinin dəstəyi ilə 1 milyondan artıq azərbaycanlını Ermənistan, Dağlıq Qarabağ və onun ətrafında olan ərazilərdən silah gücünə qovub. BMT təhlükəsizlik şurasının işğalçı Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılması haqqında 4 qərar verməsinə baxmayaraq, Ermənistan öz qoşunlarını indiyə qədər geri çəkməmiş və bu hal artıq region üçün çox təhlükəli bir vəziyyət yaradıb. BMT-in 4 qərarından başqa İslam Əməkdaşlıq Təşkilatı ilə yanaşı digər Avropa beynəlxalq təşkilatları da Ermənistanı işğalçı dövlət kimi tanıyır, Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Əlcəzair dövləti də eyni mövqedən çıxış edir və beynəlxalq müstəvidə Azərbaycanın haqq işini dəstəkləyir. Azərbaycan dövləti bu münaqişənin sülh yolu ilə və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasına üstünlük verir və bir daha bildirirəm ki, Azərbaycan heç kimin torpağına iddia etmir və özünün də bir qarış belə torpağını heç kimə vermək niyyətində deyil". 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/sefir-azerbaycan-xarici-siyasetinde-islam-ve-ereb-dunyasi-olkeleri-ile-elaqelerine-xususi-ehemiyyet1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR